Fatihə Surəsi

əl-Fatihə surəsi Məkkə surəsi / 7 ayədir.
  1. بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
  2. الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
  3. الرَّحْمَٰنِ الرَّحِيمِ
  4. مَالِكِ يَوْمِ الدِّينِ
  5. إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ
  6. اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ
  7. صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ 

1.Bismilləhir-rahmənir-rahim

2.Əlhəmdu lilləhi Rabbil-aləmin

3.Ər-Rahmanir-Rahim.

4.Məliki yəvmid-din

5.İyyəkə nə`budu və iyyəkə nəstəin

6.İhdinəs siratəl-mustəqim

7.Siratəl-ləzinə ən-əmtə ələyhim, ğəyril-məğzubi ələyhim vələd-dallin.

1 – Rəhman və Rəhim Allahın adı ilə!
2 – Həmd olsun aləmlərin Rəbbi Allaha,
3 – Mərhəmətli və Rəhmliyə,
4 – Haqq-hesab gününün Hökmdarına!
5 – Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6 – Bizi doğru yola yönəlt –
7 – nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!

  1. – ci ayə:

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bismilləhir-rahmənir-rahim

Bağışlayan və mehriban Allahın adı ilə.

2. – ci ayə:

الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

Əlhəmdu lilləhi Rabbil-aləmin

Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur.

3. – cu ayə:

الرَّحْمَٰنِ الرَّحِيمِ

Ər-Rahmanir-Rahim.

(Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli və mehriban Allaha.

4. – cu ayə:

مَالِكِ يَوْمِ الدِّينِ

Məliki yəvmid-din

Cəza gününün sahib və hökmdarına.

5. – ci ayə:

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ

İyyəkə nə`budu və iyyəkə nəstəin

(Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.

6. – cı ayə:

اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ

İhdinəs siratəl-mustəqim

Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et!

7. – ci ayə:

صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ

Siratəl-ləzinə ən-əmtə ələyhim, ğəyril-məğzubi ələyhim vələd-dallin.

(Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin – (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir