QURAN ƏLİFBASI

Quran əlifbasında sait səslər yoxdur. Bu səsləri çıxartmaq
üçün müəyyən işarələrdən , yəni hərəkələrdən istifadə
olunur.
Bir öncəki səhifəmizdə hərflərlə tanış olduq. İndi isə
sırasıyla hərəkələrdən başlayarq cəzim, şəddə, tənvin,
məd hərfləri, müəyyənlik artiklı, hurufu-mukatta, və “hə”
hərfinin oxunuşunu öyrənəcəyik.
Hərəkələrin üç növü vardır. Bunlar “fəthə”, “kəsrə” və
“zammə” olaraq adlandırılır. Quran əlifbasında Ana
dilimizdəki ( a, ə, i, u) saitlərinin yerini məhz bu
hərəkələr alır.

Fəthə
Fəthə

Fəthə (…..)
Fəthə: hərfin üstnə qoyulan, sola meyilli əyri qısa xətdir.
Üzərinə qoyulan hərf incə hərfdirsə “ə”, qalın hərfdirsə
də “a” səsini verir.

Kəsrə
Kəsrə

Kəsrə(…..)
Kəsrə: hərflərin alt tərəfinə qoyulan solla meyilli qısa
xətdir. Aid olduğu hərfə “i” səsi verir.

Zammə
Zammə

Zammə “vav” hərfinə bənzəyir və hərfin üstünə qoyulur. Üzərinə qoyulduğu hərfə “u” səsi verir.

Fəthə
Fəthə

Fəthə: “ə” və “a”səsini verir.

Kəsrə
Kəsrə

Kəsrə: “i” səsini verir.

Zammə
Zammə

Zammə: “u” səsini verir.

Bir öncəki səhifədə qalın oxunan hərflər qırmızı rəngdə verilmişdir.

Cəzm , hərflərin üstünə qoyulur. Üzərinə qoyulan hərfi öndəki
hərfə birləşdirərək səssiz oxudar. Üstündə cəzm işarəti olan hərflərə
“sakin hərf” deyirlir.

təşdid (….) hərflərin üstünə qoyulur və hərfi iki dəfə oxudur
Þəddə, hərfin üstündə heç vaxt tək baþýna olmaz; hər zaman bir hərəkə ilə birlikdə istifadə olunur.

Tənvin, kəlmənin son hərfinin hərəkəsini “nun”ladan bir hərəkədir.
Ancaq kəlimələrin son hərfinin üstünə qoyulur.
İki fəthə üst-üstə yazıldığında qalın hərflərdə “an”, incə hərflərdə isə
“ən” kimi oxunur.
İki kəsrə alt-alta hərfin altında yazıldığında “in” kimi oxunur.
İki zammə yan-yana yaz yazıldığında isə “un” kimi oxunur.

ƏL
ƏL

“ƏL” ( ) Artiklı: Ərəb dilində ümumi isimləri xüsusi ismə çevirən müəyyənlik
artiklıdır. Kəlmələrin başında yazılır. Özündən sonra gələn hərfin xüsusiyyətinə görə bəzən oxunur, bəzən də oxunmur.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir