8. Ənfal surəsi / 75 ayə
Ərəbcə oxunuş və tərcümə.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bismilləhir-rahmənir-rahim
Bağışlayan və mehriban Allahın adı ilə.
1. – ci ayə:
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ يَسْأَلُونَكَ عَنِ الْأَنْفَالِ ۖ قُلِ الْأَنْفَالُ لِلَّهِ وَالرَّسُولِ ۖ فَاتَّقُوا اللَّهَ وَأَصْلِحُوا ذَاتَ بَيْنِكُمْ ۖ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
Səndən «ənfal» (bu ayənin
nazil edilməsinə səbəb olan döyüş qənimətləri də nümunələrindən biri olan müxtəlif adlı çoxlu ümumi mallar) barəsində soruşurlar, de: «Ənfal» Allaha və Onun Peyğəmbərinə məxsusdur (onların həqiqi sahibi Allah, şərti sahibi isə Onun nümayəndəsi olaraq Peyğəmbərdir). Odur ki, Allahdan qorxun, aralarınızdakı əlaqələri düzəldin (və «ənfal» üstündə mübahisə və dava-dalaş etməyin) və əgər möminsinizsə, Allaha və Onun Peyğəmbərinə itaət edin».
2. – ci ayə:
إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər.
3. – cü ayə:
الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ
Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiyimizdən (həm maddi və həm də mənəvi ruzilərindən Allah yolunda) xərcləyərlər.
4. – cü ayə:
أُولَٰئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا ۚ لَهُمْ دَرَجَاتٌ عِنْدَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır.
5. – ci ayə:
كَمَا أَخْرَجَكَ رَبُّكَ مِنْ بَيْتِكَ بِالْحَقِّ وَإِنَّ فَرِيقًا مِنَ الْمُؤْمِنِينَ لَكَارِهُونَ
(Onlardan bəzilərinin Bədr müharibəsi qənimətlərindən məhrum olduqlarına görə narazı qalmaları,) Rəbbinin səni möminlərdən bir dəstəsi narazı olduqları halda evindən haqq və doğru olaraq (Bədrə sarı) çıxarması kimidir.
6. – cı ayə:
فَلَنَسْأَلَنَّ الَّذِينَ أُرْسِلَ إِلَيْهِمْ وَلَنَسْأَلَنَّ الْمُرْسَلِينَ
Odur ki, şübhəsiz, Biz həm peyğəmbərlərin göndərildiyi kəslərdən («Bizim peyğəmbərlərimizə nə cavab verdiniz?» deyə) soruşacağıq və həm də peyğəmbərlərdən («Mənim tapşırdıqlarımı çatdırdınız ya yox və sizin dəvətinizə nə cavab verdilər?» deyə) soruşacağıq.
7. – ci ayə:
فَلَنَقُصَّنَّ عَلَيْهِمْ بِعِلْمٍ ۖ وَمَا كُنَّا غَائِبِينَBeləliklə, Biz mütləq onlara (əməllərinin əhvalatını) elm əsasında bəyan edəcəyik və Biz heç vaxt (onlardan) qaib olmamışıq.
8. – ci ayə:
وَالْوَزْنُ يَوْمَئِذٍ الْحَقُّ ۚ فَمَنْ ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
Həmin gün (əqidə və əməllərin) ölçülməsi haqq və qətidir. Beləliklə, kimin ölçülmüş əməlləri ağır və dəyərli olsa, onlardır nicat tapanlar!
9. – cu ayə:
وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ بِمَا كَانُوا بِآيَاتِنَا يَظْلِمُونَ
Kimin ölçülmüş əməlləri yüngül və dəyərsiz olsa, onlardır Bizim ayələrimizə zülm etdiklərinə (onları qəbul etmədiklərinə və ya onlara əməl etmədiklərinə) görə öz vücud sərmayələrini ziyana uğratmış kəslər!
10. – cu ayə:
وَلَقَدْ مَكَّنَّاكُمْ فِي الْأَرْضِ وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَايِشَ ۗ قَلِيلًا مَا تَشْكُرُونَ
Həqiqətən sizə yer üzündə imkan və (onun bəxşişlərindən istifadə) qüdrət(i) verdik və sizin üçün yaşayış vasitələri hazırladıq, amma siz çox az şükr edirsiniz.
11. – ci ayə:
وَلَقَدْ خَلَقْنَاكُمْ ثُمَّ صَوَّرْنَاكُمْ ثُمَّ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ لَمْ يَكُنْ مِنَ السَّاجِدِينَ
Şübhəsiz, Biz sizi(n ulu babanız Adəmi əvvəlcə xəmir mayası kimi yer üzündəki torpaqlardan) yaratdıq, sonra həmin maddəni siz insanların şəklində surətlərə ayırdıq, sonra (ona ruh üfürəndən sonra) mələklərə dedik: «Adəmə səcdə edin.» Beləliklə, İblisdən başqa onların hamısı səcdə etdilər, o isə səcdə edənlərdən olmadı.
12. – ci ayə:
قَالَ مَا مَنَعَكَ أَلَّا تَسْجُدَ إِذْ أَمَرْتُكَ ۖ قَالَ أَنَا خَيْرٌ مِنْهُ خَلَقْتَنِي مِنْ نَارٍ وَخَلَقْتَهُ مِنْ طِينٍ
Allah buyurdu: «Sənə əmr etdiyim zaman, səcdə etməməyinə nə mane oldu?» Dedi: «Mən ondan daha yaxşıyam, məni oddan, onu isə gildən yaratmısan. (Od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılmış şey, daha yaxşıdır).
13. – cü ayə:
قَالَ فَاهْبِطْ مِنْهَا فَمَا يَكُونُ لَكَ أَنْ تَتَكَبَّرَ فِيهَا فَاخْرُجْ إِنَّكَ مِنَ الصَّاغِرِينَ
Buyurdu: «Belə isə, oradan (Cənnətdən, ya səmadan, ya mələklərin arasından, ya o məqam və rütbədən) aşağı en! Çünki sənə orada təkəbbürlük etmək yaramaz. Beləliklə, oradan xaric ol ki, şübhəsiz sən alçaq və xar edilmişlərdənsən».
14. – cü ayə:
قَالَ أَنْظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
Dedi: «Mənə onların (Adəmin və onun övladlarının qəbirlərindən) qaldırılacaqları günə qədər möhlət ver (həmin vaxta kimi məni öldürmə)».
15. – ci ayə:
قَالَ إِنَّكَ مِنَ الْمُنْظَرِينَ
Buyurdu: «Həqiqətən, sən möhlət verilənlərdənsən».
16. – cı ayə:
قَالَ فَبِمَا أَغْوَيْتَنِي لَأَقْعُدَنَّ لَهُمْ صِرَاطَكَ الْمُسْتَقِيمَ
Dedi: «Belə isə, məni azdırdığına görə, mən də mütləq Sənin düz yolunun başında, onların pusqusunda oturacağam».
17. – ci ayə:
ثُمَّ لَآتِيَنَّهُمْ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَنْ شَمَائِلِهِمْ ۖ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ
«Sonra qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcə(k və onlara vəsvəsə edəcə)yəm və onların çoxunu şükr edən görməyəcəksən».
18. – ci ayə:
قَالَ اخْرُجْ مِنْهَا مَذْءُومًا مَدْحُورًا ۖ لَمَنْ تَبِعَكَ مِنْهُمْ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنْكُمْ أَجْمَعِينَ
Buyurdu: «Buradan məzəmmət olunmuş və qovulmuş halda çıx! Şübhəsiz onlardan kim sənə tabe olsa, Cəhənnəmi sizin hamınızla dolduracağam».
19. – cu ayə:
وَيَا آدَمُ اسْكُنْ أَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ فَكُلَا مِنْ حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَٰذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الظَّالِمِينَ
Ey Adəm, sən və zövcən bu Cənnətdə (yer üzündə onlar üçün yaradılmış bağda, ya Bərzəx aləminin Cənnətində, ya Qiyamətdən sonrakı əsl Cənnətdə) məskunlaş, istədiyiniz yerdən yeyin (bəhrələnin) və bu ağaca yaxınlaşmayın ki, zalımlardan olarsınız».
20. – ci ayə:
فَوَسْوَسَ لَهُمَا الشَّيْطَانُ لِيُبْدِيَ لَهُمَا مَا وُورِيَ عَنْهُمَا مِنْ سَوْآتِهِمَا وَقَالَ مَا نَهَاكُمَا رَبُّكُمَا عَنْ هَٰذِهِ الشَّجَرَةِ إِلَّا أَنْ تَكُونَا مَلَكَيْنِ أَوْ تَكُونَا مِنَ الْخَالِدِينَ
Beləliklə, Şeytan, bədənlərinin ayıb yerlərinin onlar üçün gizli olanını onlara aşkar etmək üçün o ikisinə vəsvəsə etdi və dedi: «Rəbbiniz bu ağacı sizə yalnız iki mələk olmamağınız ya (burada) əbədi qalanların zümrəsində olmamağınız üçün qadağan etmişdir.»
21. – ci ayə:
وَلَا تَكُونُوا كَالَّذِينَ قَالُوا سَمِعْنَا وَهُمْ لَا يَسْمَعُونَ
(Əslində) eşitmədikləri halda (dildə) «eşitdik» deyən (kafir və münafiq)lər kimi olmayın.
22. – ci ayə:
إِنَّ شَرَّ الدَّوَابِّ عِنْدَ اللَّهِ الصُّمُّ الْبُكْمُ الَّذِينَ لَا يَعْقِلُونَ
Həqiqətən Allah yanında, tərpənən canlıların ən pisi düşünməyən (haqqı eşitməkdə) kar və (haqqı deməkdə) lal (olan) insanlardır.
23. – cü ayə:
وَلَوْ عَلِمَ اللَّهُ فِيهِمْ خَيْرًا لَأَسْمَعَهُمْ ۖ وَلَوْ أَسْمَعَهُمْ لَتَوَلَّوْا وَهُمْ مُعْرِضُونَ
Əgər Allah onlarda bir xeyir bilsəydi (əgər onların haqqı qəbul edən gözəl batinləri olsaydı), onlara (hətta peyğəmbərlər vasitəsi ilə təbliği təkrar etməklə olsaydı belə) mütləq eşitdirərdi. Əgər (indiki halda) onlara eşitdirsə, onlar (elə qəlbən də) dönük olduqları halda mütləq üz döndərərlər.
24. – cü ayə:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَجِيبُوا لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ ۖ وَاعْلَمُوا أَنَّ اللَّهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ وَأَنَّهُ إِلَيْهِ تُحْشَرُونَ
Ey iman gətirənlər, sizi, sizə həyat verən şeyə tərəf dəvət edən zaman Allahın və Onun Peyğəmbərinin çağırışını qəbul edin və bilin ki, Allah (hər bir təsir mənbəyindən təsir gücünü almağa tam qadir olduğu üçün) insan ilə onun qəlbi arasında (onun nəfsi ilə məhəbbət və nifrət, iman və küfr kimi sifətləri arasında) maneə olar (aralarında ayrılıq salar). Siz hamınız (axirətdə) Ona tərəf (Onun hüzuruna) toplanacaqsınız.
25. – ci ayə:
وَاتَّقُوا فِتْنَةً لَا تُصِيبَنَّ الَّذِينَ ظَلَمُوا مِنْكُمْ خَاصَّةً ۖ وَاعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ
(Bəlasına) sizin yalnız zalımlarınızın düçar olmayacağı (hamını bürüyəcəyi) fitnədən (fəsad və günahların ziddiyyətlər, əmr be mərufun yerinə yetirilməməsi və mühüm məqamların ləyaqətsiz insanların əlində olması kimi nəticələrindən) qorxun və bilin ki, Allah ağır cəzalandırandır.
26. – cı ayə:
وَاذْكُرُوا إِذْ أَنْتُمْ قَلِيلٌ مُسْتَضْعَفُونَ فِي الْأَرْضِ تَخَافُونَ أَنْ يَتَخَطَّفَكُمُ النَّاسُ فَآوَاكُمْ وَأَيَّدَكُمْ بِنَصْرِهِ وَرَزَقَكُمْ مِنَ الطَّيِّبَاتِ لَعَلَّكُمْ تَشْكُرُونَ
Və (yada salın) o zaman(ı) ki, siz yer üzündə az idiniz və zəif sayılırdınız. Həmişə insanların (Qüreyşin və digər kafirlərin) sizi (bu torpaqda) aradan götürmələrindən qorxurdunuz. Allah, bəlkə şükr edəsiniz deyə sizə yer verdi, sizi Öz köməyi ilə gücləndirdi və (dünya nemətlərinin) paklar(ın)dan sizə ruzi verdi.
27. – ci ayə:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَخُونُوا اللَّهَ وَالرَّسُولَ وَتَخُونُوا أَمَانَاتِكُمْ وَأَنْتُمْ تَعْلَمُونَ
Ey iman gətirənlər, (dinin hökmlərinə qarşı çıxmaqla) Allaha və Onun Peyğəmbərinə xəyanət etməyin. Həmçinin (xəyanətin şəriət və vicdan baxımından çirkin bir iş olmasını) bilə-bilə öz əmanətlərinizə (xalqın və yaradanın əmanətlərinə) xəyanət etməyin.
28. – ci ayə:
وَاعْلَمُوا أَنَّمَا أَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ فِتْنَةٌ وَأَنَّ اللَّهَ عِنْدَهُ أَجْرٌ عَظِيمٌ
Bilin ki, mallarınız və övladlarınız imtahan vasitəsidir və həqiqətən böyük mükafat, məhz Allahın yanındadır.
29. – cu ayə:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَتَّقُوا اللَّهَ يَجْعَلْ لَكُمْ فُرْقَانًا وَيُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ
Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar. Allah böyük lütf və ehsan sahibdir.
30. – cu ayə:
وَإِذْ يَمْكُرُ بِكَ الَّذِينَ كَفَرُوا لِيُثْبِتُوكَ أَوْ يَقْتُلُوكَ أَوْ يُخْرِجُوكَ ۚ وَيَمْكُرُونَ وَيَمْكُرُ اللَّهُ ۖ وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ
Və (yada sal) o zaman(ı) ki, kafirlər sənin barəndə – səni həbs etmək, ya öldürmək və ya (şəhərdən) çıxarmaq üçün hiylə və biclik işlədirdilər. Onlar daim hiylə işlədirdilər və Allah da onların hiylələrinin qarşısını alırdı. Allah hiylənin qarşısını alanların ən yaxşısıdır.
31. – ci ayə:
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا قَالُوا قَدْ سَمِعْنَا لَوْ نَشَاءُ لَقُلْنَا مِثْلَ هَٰذَا ۙ إِنْ هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ
Bizim kitabın ayələri onlara oxunduqda (inadın və təkəbbürün çoxluğundan) «əlbəttə eşitdik; əgər istəsək biz də bunun kimisini deyərik; bu, qədimlərin əfsanələrindən başqa bir şey deyildir» deyərlər.
32 – ci ayə:
وَإِذْ قَالُوا اللَّهُمَّ إِنْ كَانَ هَٰذَا هُوَ الْحَقَّ مِنْ عِنْدِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةً مِنَ السَّمَاءِ أَوِ ائْتِنَا بِعَذَابٍ أَلِيمٍ
Və (yada sal) o zaman(ı) ki, (Qur’anı inkar edən müşriklər) «ey Allahımız, əgər bu, Sənin tərəfindən (vəd olunmuş) həmin haqdırsa, onda göydən bizə daş yağdır, ya bizim üçün başqa bir ağrılı əzab gətir» dedilər.
33 – cü ayə:
وَمَا كَانَ اللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنْتَ فِيهِمْ ۚ وَمَا كَانَ اللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ
Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir. (İstiğfar, müşriklər barəsindəki ayələrin içərisində olan bu ayənin kitab əhlinə aid olmasına dəlalət edir).
34 – cü ayə:
وَمَا لَهُمْ أَلَّا يُعَذِّبَهُمُ اللَّهُ وَهُمْ يَصُدُّونَ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَمَا كَانُوا أَوْلِيَاءَهُ ۚ إِنْ أَوْلِيَاؤُهُ إِلَّا الْمُتَّقُونَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
Məscidül-Həramın başçısı olmaya-olmaya insanları ora (daxil olmaq)dan saxladıqları (camaatın ora daxil olmalarına mane olduqları) halda Allah onlara nə üçün əzab verməməlidir? Oranın başçısı yalnız pərhizkarlardırlar, lakin çoxları bilmirlər.
35 – ci ayə:
وَمَا كَانَ صَلَاتُهُمْ عِنْدَ الْبَيْتِ إِلَّا مُكَاءً وَتَصْدِيَةً ۚ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ
Onların Kə’bə evinin yanındakı namaz və duaları fit və əl çalmaqdan başqa bir şey deyildi. Buna görə də etdiyiniz küfrün cəzası olaraq dadın (dünya və axirət) əzabı(nı)!
36 – cı ayə:
إِنَّ الَّذِينَ كَفَرُوا يُنْفِقُونَ أَمْوَالَهُمْ لِيَصُدُّوا عَنْ سَبِيلِ اللَّهِ ۚ فَسَيُنْفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيْهِمْ حَسْرَةً ثُمَّ يُغْلَبُونَ ۗ وَالَّذِينَ كَفَرُوا إِلَىٰ جَهَنَّمَ يُحْشَرُونَ
Həqiqətən, kafirlər öz mallarını (Bədr, Ühüd və digər müharibələrdə olduğu kimi insanları) Allahın yolundan saxlamaq üçün xərcləyirlər. Tezliklə hamısını xərcləyəcəklər, (amma bu) sonra onlar üçün bir həsrət (dağı) olacaqdır və daha sonra məğlub olacaqlar. Kafirlər (Qiyamət günü öz qəbirlərindən) Cəhənnəmə doğru toplanacaqlar.
37 – ci ayə:
لِيَمِيزَ اللَّهُ الْخَبِيثَ مِنَ الطَّيِّبِ وَيَجْعَلَ الْخَبِيثَ بَعْضَهُ عَلَىٰ بَعْضٍ فَيَرْكُمَهُ جَمِيعًا فَيَجْعَلَهُ فِي جَهَنَّمَ ۚ أُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ
(Onların küfrləri və həmin yoldakı xərcləri səbəb olub) ki, Allah murdarı pakdan (dünyada kafiri mömindən və haramı halaldan) ayırsın və (axirətdə) murdarları bir-birinin üstünə yığıb hamısını üst-üstə qalasın və Cəhənnəmə atsın. (Bəli,) onlardır ziyana uğrayanlar!
38 – ci ayə:
قُلْ لِلَّذِينَ كَفَرُوا إِنْ يَنْتَهُوا يُغْفَرْ لَهُمْ مَا قَدْ سَلَفَ وَإِنْ يَعُودُوا فَقَدْ مَضَتْ سُنَّتُ الْأَوَّلِينَ
Kafirlərə de: «Əgər (küfrdən) əl çəksələr (və İslamı qəbul etsələr) keçənlər (günahlarına görə çəkməli olduqları cəzalar, əməllərinin qəzası, kəffarələr, Allaha olan borcları və axirət əzabları) onlara bağışlanar. (Amma) əgər (küfrə və haqq ilə mübarizəyə) qayıtsalar, şübhəsiz, (Bizim) əvvəlkilərin (barəsindəki) yolu(muz, Bizim itaətsiz azğınları həlak və məhv etmək barəsindəki ənənəvi qanunumuz) keçmişdir (və bunlarla da elə rəftar edərik).»
39 – cu ayə:
وَقَاتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لِلَّهِ ۚ فَإِنِ انْتَهَوْا فَإِنَّ اللَّهَ بِمَا يَعْمَلُونَ بَصِيرٌ
Onlarla (müşriklərlə) heç bir küfr, fəsad və təhlükə qalmayana və (ümumi rəsmi) din tamamilə Allaha məxsus olana kimi vuruşun. Beləliklə, əgər (şirkdən) əl çəksələr, əlbəttə Allah onların etdiklərini görəndir.
40 – cı ayə:
وَإِنْ تَوَلَّوْا فَاعْلَمُوا أَنَّ اللَّهَ مَوْلَاكُمْ ۚ نِعْمَ الْمَوْلَىٰ وَنِعْمَ النَّصِيرُ
Və əgər üz döndərsələr, bilin ki, Allah sizin başçınız və dostunuzdur. O gözəl başçı və dost, gözəl yardımçıdır.
41 – ci ayə:
وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ إِنْ كُنْتُمْ آمَنْتُمْ بِاللَّهِ وَمَا أَنْزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
Əgər Allaha və (haqqın batildən) ayrılıq günü – o iki dəstənin (müsəlmanlarla müşriklərin Bədr müharibəsində) toqquşduğu gün Öz bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin, (kafirlərlə döyüşdən və ya hər hansı bir qazanc vasitəsilə ilə) əşya və mallardan nə qənimət əldə etsəniz, onda, şübhəsiz onun beşdə biri Allahın, Onun Peyğəmbərinin, Peyğəmbərin qohumunun, yetimlərin, yoxsulların və yolda (İslam və müsəlmanlar üçün lazım olan hər bir dini və dünyəvi hədəf yolunda) qalanlarındır. (Allah onun həqiqi sahibi, Peyğəmbər və onun yaxınları isə ümmətin imamı olaraq onun şərti sahibidirlər. Peyğəmbərin qohumlarından olan digər üç dəstə isə həmin maldan onlar üçün xərclənmək haqqına malikdirlər.) Allah hər şeyə qadirdir. (Bu surənin birinci ayəsində bütün döyüş qənimətlərinin Allaha və Onun Peyğəmbərinə məxsus olduğu bildirilmişdi. -cu ayədə isə onun hamısı möminlərə mübah edilmişdi. Həmin iki ayəyə iman gətirdikdən sonra bu ayə qaranlıqları aradan qaldırır ki, onun xumsu, yəni beşdə biri Allahın, Peyğəmbərin və adı çəkilən dəstələrin, yerdə qalanı isə döyüşçülərindir).
42 – ci ayə:
إِذْ أَنْتُمْ بِالْعُدْوَةِ الدُّنْيَا وَهُمْ بِالْعُدْوَةِ الْقُصْوَىٰ وَالرَّكْبُ أَسْفَلَ مِنْكُمْ ۚ وَلَوْ تَوَاعَدْتُمْ لَاخْتَلَفْتُمْ فِي الْمِيعَادِ ۙ وَلَٰكِنْ لِيَقْضِيَ اللَّهُ أَمْرًا كَانَ مَفْعُولًا لِيَهْلِكَ مَنْ هَلَكَ عَنْ بَيِّنَةٍ وَيَحْيَىٰ مَنْ حَيَّ عَنْ بَيِّنَةٍ ۗ وَإِنَّ اللَّهَ لَسَمِيعٌ عَلِيمٌ
(Ayrılıq günü) o zaman (idi) ki, siz vadinin (Mədinəyə) yaxın tərəfində (əlverişli olmayan bir mövqedə) idiniz, onlar (Mədinədən) uzaq tərəfdə (Məkkəyə yaxın olan və əlverişli olan bir mövqedə), (Qüreyşin ticarət) karvan(ı) isə sizdən aşağı hissədə idi (ki, onlar qaça bildilər). Əgər bir-birinizlə vədələşsəydiniz, həmin vədələşmənizdə fikir ayrılığına düçar olar, yaxud orada olmaqdan yayınardınız. Lakin Allahın, olmalı işi gerçəkləşdirməsi üçün (belə oldu və belə bir məcburi qarşıdurma yarandı və qarşıya qeyri-adi qələbə çıxdı) ki, həlak olan dəlil-sübut üzündən həlak olsun və (mənəvi) həyat tapan dəlil-sübut üzündən həyat tapsın. Həqiqətən Allah eşidən və biləndir.
43 – cü ayə:
إِذْ يُرِيكَهُمُ اللَّهُ فِي مَنَامِكَ قَلِيلًا ۖ وَلَوْ أَرَاكَهُمْ كَثِيرًا لَفَشِلْتُمْ وَلَتَنَازَعْتُمْ فِي الْأَمْرِ وَلَٰكِنَّ اللَّهَ سَلَّمَ ۗ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
(Xatırla) o zaman(ı) ki, Allah onları yuxunda sənə az göstərirdi (ki, öz qövmünə belə xəbər verəsən). Əgər onları sənə çox göstərsəydi, mütləq süst olar və qorxar, döyüş işində bir-birinizlə ixtilaf və çəkişməyə düçar olardınız. Lakin Allah (sizi ixtilafdan) salamat saxladı. Həqiqətən O, ürəklərdə olanı (sizin niyyətlərinizi) biləndir.
44 – cü ayə:
وَإِذْ يُرِيكُمُوهُمْ إِذِ الْتَقَيْتُمْ فِي أَعْيُنِكُمْ قَلِيلًا وَيُقَلِّلُكُمْ فِي أَعْيُنِهِمْ لِيَقْضِيَ اللَّهُ أَمْرًا كَانَ مَفْعُولًا ۗ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ
Və (xatırla) o zaman(ı) ki, onlarla üz-üzə gəldiyiniz vaxt, Allah (öz əzəli elmi və mütləq iradəsi əsasında) olacaq işi gerçəkləşdirməsi üçün (ilk baxışda) onları sizin gözlərinizdə az göstərir və sizi onların gözlərində azaldırdı (hərçənd, döyüş əsnasında iş əksinə oldu. Ali-İmran surəsinin -ci ayəsinə müraciət edin). Bütün işlər (və varlıq aləminin bütün hadisələri nəticələrin səbəblərə qayıtması qanununa uyğun olaraq, mütləq səbəb olan) Allaha qayıdır.
45 – ci ayə:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا لَقِيتُمْ فِئَةً فَاثْبُتُوا وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ
Ey iman gətirənlər, (düşmən ordusundan olan) bir dəstə ilə qarşılaşarkən möhkəm durun və Allahı (dildə və qəlbdə) çox zikr edin, bəlkə nicat tapdınız.
46 – cı ayə:
وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ وَلَا تَنَازَعُوا فَتَفْشَلُوا وَتَذْهَبَ رِيحُكُمْ ۖ وَاصْبِرُوا ۚ إِنَّ اللَّهَ مَعَ الصَّابِرِينَ
Allaha və Onun Peyğəmbərinə (vacib əmrlərində) itaət edin və bir-birinizlə çəkişməyin və mübahisə etməyin ki, süstləşərək qorxaqlaşar və ağalıq və hökmranlığınız aradan gedər, sizə (bir daha) qələbə yeli əsməz. Səbr edin ki, həqiqətən Allah səbrlilərlədir.
47 – ci ayə:
وَلَا تَكُونُوا كَالَّذِينَ خَرَجُوا مِنْ دِيَارِهِمْ بَطَرًا وَرِئَاءَ النَّاسِ وَيَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ ۚ وَاللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطٌ
Öz evlərindən nemətdən sərxoş halda və özlərini camaata göstərmək üçün çıxan və (insanları) Allahın yolundan saxlayan kəslər (Əbu Cəhlin Bədrə tərəf gedən qoşunu) kimi olmayın. Allah (qüdrət və elm baxımından) onların etdiklərini əhatə etmişdir.
48 – ci ayə:
وَإِذْ زَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ وَقَالَ لَا غَالِبَ لَكُمُ الْيَوْمَ مِنَ النَّاسِ وَإِنِّي جَارٌ لَكُمْ ۖ فَلَمَّا تَرَاءَتِ الْفِئَتَانِ نَكَصَ عَلَىٰ عَقِبَيْهِ وَقَالَ إِنِّي بَرِيءٌ مِنْكُمْ إِنِّي أَرَىٰ مَا لَا تَرَوْنَ إِنِّي أَخَافُ اللَّهَ ۚ وَاللَّهُ شَدِيدُ الْعِقَابِ
Və (xatırla) o zaman(ı) ki, Şeytan onların gözlərində (batil) əməllərini zinətləndirdi və «bu gün insanlardan sizə qalib gələcək bir kimsə yoxdur və mən sizə pənah verənəm» dedi. Beləliklə, iki dəstə bir-birlərini gördükləri zaman o, dabanları üstə geriyə döndü və dedi: «Mən sizdən uzağam (mənim sizin əməllərinizə heç bir qarışacağım yoxdur), mən sizin görmədiyiniz şeyi (mələklərin nazil olmalarını və kömək etmələrini) görürəm. Həqiqətən, mən Allahdan qorxuram və Allah şiddətli cəza verəndir».
49 – cu ayə:
إِذْ يَقُولُ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ غَرَّ هَٰؤُلَاءِ دِينُهُمْ ۗ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَإِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ
O zaman münafiqlər və qəlblərində xəstəlik (küfr və şəkk xəstəliyi) olanlar «bunları (Bədrə gedən İslam ordusunu) dinləri aldatmışdır!» deyirdilər, halbuki, kim Allaha təvəkkül etsə, şübhəsiz (qalibdir, çünki) Allah yenilməz qüdrət və hikmət sahibidir.
50 – ci ayə:
وَلَوْ تَرَىٰ إِذْ يَتَوَفَّى الَّذِينَ كَفَرُوا ۙ الْمَلَائِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُمْ وَذُوقُوا عَذَابَ الْحَرِيقِ
Əgər mələklərin kafirlərin canlarını aldıqları zamanı görsən (belə bir səhnənin şahidi olarsan ki, alovlu qamçı ilə) onların üz və arxalarına vururlar və «dadın yandırıcı əzabı!» (deyirlər).
51 – ci ayə:
ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِلْعَبِيدِ
Bu (əzablar) özünüzün qabaqcadan göndərdiyiniz şeylərin cəzasıdır, yoxsa Allah bəndələrə əsla zülm edən deyildir.
52 – ci ayə:
كَدَأْبِ آلِ فِرْعَوْنَ ۙ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ كَفَرُوا بِآيَاتِ اللَّهِ فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ ۗ إِنَّ اللَّهَ قَوِيٌّ شَدِيدُ الْعِقَابِ
(Bu müşriklərin hərəkətləri) Firon ailəsinin və onlardan qabaqkıların rəftarı kimidir ki: onlar Allahın ayə və nişanələrinə kafir oldular, Allah da onları günahlarına görə cəzalandırdı. Həqiqətən Allah çox qüvvətli və şiddətli cəza verəndir.
53 – cü ayə:
ذَٰلِكَ بِأَنَّ اللَّهَ لَمْ يَكُ مُغَيِّرًا نِعْمَةً أَنْعَمَهَا عَلَىٰ قَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا مَا بِأَنْفُسِهِمْ ۙ وَأَنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ
(Müşriklər üçün olan) bu (əzablar), ona görədir ki: Allah (Öz ənənəvi qanunlarına əsasən) bir qövmə verdiyi neməti onlar özlərində olanı (saleh halları) dəyişməyincə dəyişdirmir (onlardan almır). (Məkkə əhalisinin rifah halı İslamdan sonra pisliyə və çətinliyə doğru dəyişdi, çünki onlar öz adi hallarını Peyğəmbərlə mübarizə və inad etmək istiqamətində dəyişdirdilər.) Şübhəsiz, Allah eşidən və biləndir.
54 – cü ayə:
كَدَأْبِ آلِ فِرْعَوْنَ ۙ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ كَذَّبُوا بِآيَاتِ رَبِّهِمْ فَأَهْلَكْنَاهُمْ بِذُنُوبِهِمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ ۚ وَكُلٌّ كَانُوا ظَالِمِينَ
(Bunların davranışları) Firon ailəsinin və onlardan əvvəlkilərin rəftarı kimi(dir). Onlar özlərinin Rəbbinin ayələrini təkzib etdilər, Biz də onları günahlarının cəzası olaraq həlak etdik və Firon ailəsini batırdıq. Onların hamısı zalım idilər.
55 – ci ayə:
إِنَّ شَرَّ الدَّوَابِّ عِنْدَ اللَّهِ الَّذِينَ كَفَرُوا فَهُمْ لَا يُؤْمِنُونَ
Şübhəsiz, Allah yanında (Onun əzəli elmində və Lövhi-Məhfuzunda) canlıların ən pisi kafir olub daha iman gətirməyən kəslərdir.
56 – cı ayə:
الَّذِينَ عَاهَدْتَ مِنْهُمْ ثُمَّ يَنْقُضُونَ عَهْدَهُمْ فِي كُلِّ مَرَّةٍ وَهُمْ لَا يَتَّقُونَ
O kəslər ki, onların bəziləri ilə əhd-peyman bağladın, sonra onlar hər dəfə öz peymanlarını pozur və (Allahdan və peymanı pozmaqdan) çəkinmir və qorxmurlar.
57 – ci ayə:
فَإِمَّا تَثْقَفَنَّهُمْ فِي الْحَرْبِ فَشَرِّدْ بِهِمْ مَنْ خَلْفَهُمْ لَعَلَّهُمْ يَذَّكَّرُونَ
Odur ki, əgər döyüşdə onları ələ keçirsən, onlarla (onlara ağır cəza verməklə), arxalarınca gedənləri qovub dağıt bəlkə ibrət alsınlar (və döyüş fikrinə düşməsinlər).
58 – ci ayə:
وَإِمَّا تَخَافَنَّ مِنْ قَوْمٍ خِيَانَةً فَانْبِذْ إِلَيْهِمْ عَلَىٰ سَوَاءٍ ۚ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْخَائِنِينَ
Əgər (əhd-peymanınız olan) bir dəstənin xəyanətindən və əhd-peymanı pozmasından qorxsan, onda sən də (əhd-peymanını pozmağı) bərabərlik və ədalət əsasında onlara tərəf at (və elan etməmiş öz əhd-peymanını pozma) ki, həqiqətən Allah xainləri sevmir.
59 – cu ayə:
وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا سَبَقُوا ۚ إِنَّهُمْ لَا يُعْجِزُونَ
Kafirlər əsla irəli keçmiş olduqlarını (Bizim səltənətimizdən xaric olduqlarını) zənn etməsinlər. Şübhəsiz, onlar Bizi aciz edə bilməzlər (Bizim əzabımızdan qaçıb qurtula bilməzlər).
60 – cı ayə:
وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ وَمِنْ رِبَاطِ الْخَيْلِ تُرْهِبُونَ بِهِ عَدُوَّ اللَّهِ وَعَدُوَّكُمْ وَآخَرِينَ مِنْ دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ اللَّهُ يَعْلَمُهُمْ ۚ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فِي سَبِيلِ اللَّهِ يُوَفَّ إِلَيْكُمْ وَأَنْتُمْ لَا تُظْلَمُونَ
Vasitəsiylə Allahın düşmənini, öz düşməninizi və onlardan qeyri – sizin tanımadığınız və Allahın tanıdığı – digər düşmənləri qorxutmaq üçün onların müqabilində bacardığınız qədər qüvvə (insan qüvvəsi, müasir silahlar və döyüş xərcləri) və bağlanmış və bəslənmiş atlar (münasib minik vasitələri) tədarük görün. Allah yoluna hər nə xərcləsəniz, (Qiyamət günü) o, kamil surətdə sizə veriləcəkdir və sizə əsla zülm edilməyəcəkdir (haqqınızdan kəsilməyəcəkdir).
61 – ci ayə:
وَإِنْ جَنَحُوا لِلسَّلْمِ فَاجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ
Əgər onlar sülh və barışığa meyl göstərsələr, sən də ona meyl et və Allaha təvəkkül et ki, şübhəsiz, Odur eşidən və bilən!
62 – ci ayə:
وَإِنْ يُرِيدُوا أَنْ يَخْدَعُوكَ فَإِنَّ حَسْبَكَ اللَّهُ ۚ هُوَ الَّذِي أَيَّدَكَ بِنَصْرِهِ وَبِالْمُؤْمِنِينَ
Əgər (sülh və barışıqda, yaxud başqa bir məsələdə) səni aldatmaq istəsələr, şübhəsiz sənə Allah kifayət edər. Səni Öz (qeyb) köməyi və möminlərin vasitəsilə qüvvətləndirən Odur.
63 – cü ayə:
وَأَلَّفَ بَيْنَ قُلُوبِهِمْ ۚ لَوْ أَنْفَقْتَ مَا فِي الْأَرْضِ جَمِيعًا مَا أَلَّفْتَ بَيْنَ قُلُوبِهِمْ وَلَٰكِنَّ اللَّهَ أَلَّفَ بَيْنَهُمْ ۚ إِنَّهُ عَزِيزٌ حَكِيمٌ
Onların qəlbləri arasında (Allah) ülfət yaratdı. Əgər sən yer üzündə olan şeylərin hamısını xərcləsəydin, onların qəlbləri arasında ülfət yarada bilməzdin. Lakin Allah onların aralarında ülfət yaratdı. Həqiqətən O, yenilməz qüdrət və hikmət sahibidir.
64 – cü ayə:
يَا أَيُّهَا النَّبِيُّ حَسْبُكَ اللَّهُ وَمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ
Ey Peyğəmbər, Allah və sənə tabe olan möminlər (risalət vəzifələrini həyata keçirməkdə) sənə kifayətdir (qeyb köməkləri Ondan, zahiri müqəddimələr isə onlardan).
65 – ci ayə:
يَا أَيُّهَا النَّبِيُّ حَرِّضِ الْمُؤْمِنِينَ عَلَى الْقِتَالِ ۚ إِنْ يَكُنْ مِنْكُمْ عِشْرُونَ صَابِرُونَ يَغْلِبُوا مِائَتَيْنِ ۚ وَإِنْ يَكُنْ مِنْكُمْ مِائَةٌ يَغْلِبُوا أَلْفًا مِنَ الَّذِينَ كَفَرُوا بِأَنَّهُمْ قَوْمٌ لَا يَفْقَهُونَ
Ey Peyğəmbər, möminləri cihada həvəsləndir. Əgər sizdən iyirmi nəfər səbirli olsa, onlar iki yüz nəfərə qalib gələrlər. Əgər sizdən yüz nəfər olsa, onlar kafirlərin min nəfərinə qalib gələrlər. Çünki onlar anlamaz bir qövmdürlər (şücaət və bu kimi ruhu sifətlərin qüvvətlənməsinə səbəb olan tovhidi dərindən dərk etmirlər).
66 – cı ayə:
الْآنَ خَفَّفَ اللَّهُ عَنْكُمْ وَعَلِمَ أَنَّ فِيكُمْ ضَعْفًا ۚ فَإِنْ يَكُنْ مِنْكُمْ مِائَةٌ صَابِرَةٌ يَغْلِبُوا مِائَتَيْنِ ۚ وَإِنْ يَكُنْ مِنْكُمْ أَلْفٌ يَغْلِبُوا أَلْفَيْنِ بِإِذْنِ اللَّهِ ۗ وَاللَّهُ مَعَ الصَّابِرِينَ
İndi Allah (bir nəfərin on nəfərlə mübarizə etməsinin vacibliyi və bir nəfərin on nəfərdən qaçmasının haramlığını götürərək) vəzifənizi yüngülləşdirdi və sizdə (ruhiyyə və sayınızda) zəiflik olmasını bildi (əzəli elmi zahirdə həyata keçdi). Beləliklə, əgər sizdən yüz nəfər səbirli olsa, onlar iki yüz nəfərə qalib gələrlər və əgər sizdən min nəfər olsa, Allahın izni (və köməyi) ilə onlar iki min nəfərə qalib gələrlər. Allah səbirlilərlədir.
67 – ci ayə:
مَا كَانَ لِنَبِيٍّ أَنْ يَكُونَ لَهُ أَسْرَىٰ حَتَّىٰ يُثْخِنَ فِي الْأَرْضِ ۚ تُرِيدُونَ عَرَضَ الدُّنْيَا وَاللَّهُ يُرِيدُ الْآخِرَةَ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ
(İlahi hökümətin qurulması və onun qalması baxımından) heç bir peyğəmbərə hökümətini yer üzündə qüvvətləndirib möhkəmləndirənə qədər (döyüş) əsirlərinin olması yaraşmaz və haqqı yoxdur (əksinə, düşmən döyüş əsnasında öldürülməlidir). Siz dünya malını (əsirləri satmaq və ya fidyə ilə azad etmək) istəyirsiniz, Allah isə axirəti istəyir. Allah yenilməz qüdrətli və hikmət sahibidir.
68 – ci ayə:
لَوْلَا كِتَابٌ مِنَ اللَّهِ سَبَقَ لَمَسَّكُمْ فِيمَا أَخَذْتُمْ عَذَابٌ عَظِيمٌ
Əgər Allah tərəfindən qərara alınmış keçmiş hökm (bütün dəlil-sübutlar gəlməmiş əzab etməmək hökmü) olmasaydı, götürdüyünüz şey (Peyğəmbərin əmri olmadan fidyə üçün götürdüyünüz əsirlər) barəsində sizə mütləq böyük bir əzab yetişərdi.
69 – cu ayə:
فَكُلُوا مِمَّا غَنِمْتُمْ حَلَالًا طَيِّبًا ۚ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
Buna görə də qənimət kimi əldə etdiyiniz şeydən (Bədr döyüşünün qənimətləri və əsirlərin fidyəsindən) halal və pak olaraq yeyin. (Bu, səmavi şəriətlərdə döyüş qənimətləri və fidyələri barəsində olan ilk icazədir və bu icazə ilə surənin onları «ənfal» olaraq Peyğəmbərin ixtiyarında qoyan birinci ayəsi arasındakı ziddiyyəti -ci ayədəki bölgü aradan qaldırır.) Allahdan qorxun ki, əlbəttə Allah çox bağışlayan və mehribandır.
70 – ci ayə:
يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِمَنْ فِي أَيْدِيكُمْ مِنَ الْأَسْرَىٰ إِنْ يَعْلَمِ اللَّهُ فِي قُلُوبِكُمْ خَيْرًا يُؤْتِكُمْ خَيْرًا مِمَّا أُخِذَ مِنْكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
Ey Peyğəmbər, (Bədr müharibəsi) əsirlər(in)dən sizin ixtiyarınızda olanlara de: «Əgər Allah sizin qəlblərinizdə bir xeyir (olmasını, İslamı qəbul edəcəyinizi) bilsə, sizə sizdən alınandan daha yaxşısını verər və sizi bağışlayar. Allah çox bağışlayan və mehribandır».
71 – ci ayə:
وَإِنْ يُرِيدُوا خِيَانَتَكَ فَقَدْ خَانُوا اللَّهَ مِنْ قَبْلُ فَأَمْكَنَ مِنْهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
Əgər (bu əsirlər) sənə xəyanət etmək (fidyə ilə azad olub yenidən digər müharibəyə başlamaq) istəsələr (bu, ilk dəfə olan iş deyil), bundan qabaq Allaha da xəyanət (küfr və müharibə xəyanəti) etdilər. Buna görə də (səni) onlara O hakim etdi. Allah bilən və hikmətlidir.
72 – ci ayə:
إِنَّ الَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ وَالَّذِينَ آوَوْا وَنَصَرُوا أُولَٰئِكَ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ وَالَّذِينَ آمَنُوا وَلَمْ يُهَاجِرُوا مَا لَكُمْ مِنْ وَلَايَتِهِمْ مِنْ شَيْءٍ حَتَّىٰ يُهَاجِرُوا ۚ وَإِنِ اسْتَنْصَرُوكُمْ فِي الدِّينِ فَعَلَيْكُمُ النَّصْرُ إِلَّا عَلَىٰ قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ مِيثَاقٌ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
Həqiqətən, iman gətirən, (Mədinəyə) hicrət edən və Allah yolunda öz malları və canları ilə cihad edən kəslərlə (Mədinə əhalisindən) (mühacirlərə) yer və pənah verən və kömək edənlər bir-birlərinin qəyyumudurlar (onların arasında dostluq, qarşılıqlı yardım və irs əlaqələri vardır). Sizin iman gətirib hicrət etməyən kəslərlə, onlar hicrət edənə kimi heç bir bağlılığınız yoxdur. Əgər din işləri barəsində sizdən kömək istəsələr, sizinlə aralarında (düşmənçiliyin ləğvi barəsində) əhd-peyman olan dəstənin zərərinə olan (kömək) istisna olmaqla, onlara kömək etmək sizin vəzifənizdir. Allah etdiklərinizi görəndir.
73 – cü ayə:
وَالَّذِينَ كَفَرُوا بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ إِلَّا تَفْعَلُوهُ تَكُنْ فِتْنَةٌ فِي الْأَرْضِ وَفَسَادٌ كَبِيرٌ
Kafirlər də bir-birlərinin müttəfiq və dostudurlar. Əgər bunu (möminlərlə birlik və kafirlərdən uzaqlaşmaq barəsindəki bu əmri) yerinə yetirməsəniz, yer üzündə fitnə və böyük bir fəsad baş verəcəkdir.
74 – cü ayə:
وَالَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ وَالَّذِينَ آوَوْا وَنَصَرُوا أُولَٰئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا ۚ لَهُمْ مَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
İman gətirən, hicrət edən və Allah yolunda cihad edən kəslər və (onlara) yer və pənah verən və kömək edənlər – onlardır həqiqi möminlər! Onlar üçün bağışlanma və gözəl və bol ruzi vardır.
75 – ci ayə:
وَالَّذِينَ آمَنُوا مِنْ بَعْدُ وَهَاجَرُوا وَجَاهَدُوا مَعَكُمْ فَأُولَٰئِكَ مِنْكُمْ ۚ وَأُولُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ ۗ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
Sonradan iman gətirən, hicrət edən və sizinlə birlikdə cihad edən kəslər (dostluq və dini qardaşlıq əlaqələri baxımından) sizdəndirlər. Allahın kitabında (Lövhi-Məhfuzda və bu kitabda yazılmış varislik hökmündə) qohumlar bir-birlərinə (başqalarından) daha haqlıdırlar (beləliklə, hicrətin əvvəlində mühacirlərlə ənsar arasında çıxarılmış varislik hökmü nəsx oldu). Həqiqətən Allah hər şeyi biləndir.
Bir cavab yazın